İnkişaf olması üçün vergilərin azaldılması ideyası biznesin vergidən yayınmaq üçün uydurduğu mifdir. FED.az xəbər verir ki, bu barədə Hindistan əsilli amerikalı alim, 2019-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatının sahibi Abxicit Banerci bildirib.
Eləcə də bax: İqtisadiyyat üzrə Nobel mükafatlarını -YOXSULLUQLA MÜBARİZƏ APARANLARA VERİBLƏR
Alimin fikrincə, vergilərin azaldılması investisiya yatırımlarını stimullaşdırmır, ona görə də varlılar üçün vergiləri artırmaq və əldə olunan vəsaitləri kasıblara paylamaq lazımdır ki, onlar bu vəsaitləri xərcləyə bilsinlər.
«İnvestisiyaların stimullaşdırılması və iqtisadiyyatın artımı üçün vergilərin azaldılması ideyası biznes tərəfindən uydurulmuş mifdir»-deyə alim qeyd edib.
Onun fikrincə, vergilərin azaldılması yalnız varlılara «stimul verir», hansı ki, elə bunsuz da tonlarla pulun üstündə əyləşiblər.
Tələbatı stimullaşdırmaq üçün daha düzgün yol isə, alimin fikrincə, varlılar üçün bəzi vergiləri artırmaqdır. Əldə olunan vsaitlər isə kasıblara paylanmalıdır ki, onlar xərcləsinlər və tələbat formalaşsın. «Siz vergiləri azaltmaqla artımı stimullaşdırmırsınız, siz bunun üçün adamlara pul verməlisiniz. Nəticədə tələbat artacaq və investisiyalar da tələbata cavab verəcəklər»», -deyə alim bildirir.
Alimin sözlərinə görə, inkişaf etmiş ölkələrdə, məsələn ABŞ-da qeyri-bərabərliyin artması insanları həddətləndirir və beynəlxalq ticarətdə indi müşahidə olunan gərginliyə səbəb olur. «İnanılmazdır ki, iqtisadi artıma görə, siz qeyri-bərabərliyin bu səviyyədə artmasına imkan vermisiniz»-deyə Abxicit Banerci bildirib.