Dünyadakı varlı insanlar mümkün olan yeni bir karantində evlərində qalmaq əvəzinə günlərini uzaq və günəşli bir çimərlikdə keçirmək istəyirlər.
Eləcə də bax: Pandemiyadan qazanclı çıxmış ölkənin adı - AÇIQLANDI
FED.az “Bloomberg”ə istinadən xəbər verir ki, bir çox varlı insanlar koronavirusun yayılmasını dəf edən və ya virusun nadir olduğu yerlərdə Yeni Zelandiya, Malta və Karib adaları ölkələrindən vətəndaşlıq almağa başladılar.
Bunun üçün investisiya və ya müəyyən bir daşınmaz əmlak müqabilində vətəndaşlıq verən ölkələr var. Dünyanın ən böyük vətəndaşlıq və yaşayış məsləhəti firması olan “Henley & Partners”ə hazırda böyük tələb yaranıb.
Şirkətin satış direktoru Dominic Volek "İnsanlar fövqəladə vəziyyət üçün planlarının hazır olmalı olduqlarını başa düşürlər. Buna görə də, onlar artıq yalnız mövzu ilə bağlı məlumat almırlar. İndi vətəndaşlıq müddətinə başlamaq üçün qeydiyyatdan keçməyə başladılar." deyə bildirib.
Şirkətin məlumatlarına görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə vətəndaşlıq və yaşayış yerləri araşdıranların sayı 49% artıb, əməliyyatlara başlayanların sayı isə 22% artıb.
1,2 milyon avroya Maltada yaşaya bilərsiniz.
Misalçün epidemiya ilə mübarizədə nümunəvi hesab olunan ölkələrdən Yeni Zelandiyada işləmək və ya yaşamaq istəyinizdən asılı olaraq 2-6.5 milyon arasında investisiya etməlisiniz. Maltada məskunlaşmaq istəyən ailə sadəcə 1,2 milyon avroya daşınmaz əmlak almalısınız. Qeyd edək ki, varlı insanlar yalnız gözəl çimərliklərə deyil, həmçinin koronavirusun yayılmasının az olduğu və ya heç olmadığı yerlərə üstünlük verirlər.
Hindlilərin tələbi yüksəkdir.
"Fragomen" hüquq firmasının idarəedici ortağı Nadine Goldfoot “ İnsanlar vətəndaşlıq və ya yaşamaq üçün bir ölkə seçərkən hazırda bir nömrəli meyar insanların epidemiyaya qarşı necə mübarizə aparması və hökumətin vəziyyətə necə yanaşmasıdır" deyib.
“Henley & Partners” yüksək tələbat səbəbiylə Nigeriyada ofis açıb. Yaxın gələcəkdə Hindistanda bir ofis açmaq üçün hazırlıqlar görülür. Xüsusilə, Çin ilə sərhəd toqquşmasından sonra potensial qaçış planlaşdıran varlı hindlilərin sayının artdığı qeyd edilib.