ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımının həcmi iki dəfə artırılaraq 250 milyon dollara çatdırılacaq.
FED.az xəbər verir ki, razılaşma Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla USAID-in bu ölkədəki missiya rəhbəri Con Alelo arasında imzalanıb.
Bildirilib ki, həmin vəsait təbii fəlakət risklərinin idarəolunması, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq, ticarət, demokratik proseslər və regional ticarət tərəfdaşlığının inkişafı kimi məsələlərə yönəldiləcək. (Apa)