United Airlines aviaşirkəti öz təyyarələrinin uçuşunu bütün dünya üzrə müvəqqəti olaraq kompyuter sistemində baş verən xətalar üzündən dayandırmışdır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, cümə axşamı günü sistemdə baş verən xətalar üzündən bir sıra uçuşlar təxirə salınmış, yubadılmışdı. Problem həll olunub və sərnişinləri mümkün qədər tez bi zamanda öz məntəqələrinə çatdırmaq üçün şirkət bu məsələ üzərində səylə çalışır. Bu barədə şirkətin Twitter sosial şəbəkəsindəki səhifəsində yazılmışdır.
Sərnişinlərin sözlərinə görə uçuşların bir neçə saat gecikdirilməsinə görə onlar təyyarə göyərtəsində gözləməyə və ya hava limanının gözləmə zallarında gözləmə məcburiyyətində idilər.
Aviaşirkətdən bildiriblər ki, yaranan xətanı ABŞ-ın şərq sahillərindəki saata uyğun səhər saat 3 radələrində (Moskva vaxtı ilə 11-də) aradan qaldırmaq mümkün olmuşdu.
Bu, United Airlines şirkətinin kompyuter sistemində son bir neçə ayda baş verən 3-cü xətadır, buna bənzər xətalar dünyanın digər aviaşirkətlərinin sistemlərində də baş verir.
tass©