İtaliyanın maliyyə şirkəti "UniCredit"in Türkiyədə fəaliyyət göstərən "Yapı Kredi"dəki (“Yapı ve Kredi Bankası A.Ş.”) dolayı payını birbaşa sahibliyə çevirmək istəyir (dolayı səhmdar əvəzinə birbaşa səhmdar olmaq istəyir).
FED.az xəbər verir ki, bu barədə "Bloomberg"in öz mənbələrinə istinadən xəbər yayıb.
"UniCredit"in "Koç Holding" ilə birgə şirkəti olan "Koç Finansal Hizmetler"də (KFH) 82 faiz payı var. “Yapı Kredi”nin 82%-i “Koç Finansal Hizmetler” şirkətinə məxsusdur, 18%-i isə birjada açıq alınıb-satılır. Xəbərə görə, "UniCredit", KFH üzərindən dolayı olaraq "Yapı Kredi"də sahib olduğu 41%-lik paya birbaşa sahib olmaq istəyir.
Sözügedən model, "UniCredit"in "Yapı Kredi"dəki payında satış ya da azaltma etməsinə imkan verəcək.
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin 99,8% payla sahibi Türkiyədə fəaliyyət göstərərən “Yapı ve Kredi Bankası A.Ş.”dir.
Marja.az