Norveçli Börge Brende Epşteyn işi ilə bağlı sənədlərdə adının hallanmasından sonra Ümumdünya İqtisadi Forumunun rəhbəri vəzifəsindən istefa verib.
FED.az biznes və maliyyə xəbərləir portalı xəbər verir ki, Ümumdünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Börge Brendenin mərhum milyarder və cinayətkar Cefri Epşteynlə bir neçə dəfə görüşdüyü məlum olandan sonra o, vəzifəsini tərk edir.
“Reuters” agentliyinin məlumatına görə, bu barədə Börge Brende özü yazıb.
Norveçin sabiq xarici işlər naziri olmuş Börge Brende 2017-ci ildən Ümumdünya İqtisadi Forumuna rəhbərlik edir.
“Diqqətlə düşündükdən sonra Ümumdünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru vəzifəsindən getmək qərarına gəldim”, – deyə Brende yazıb. (Azərtac)











