Ukraynada Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən itkiləri infrastruktura, iqtisadiyyata vurulmuş zərər və sonrakı illərdə gələcək zərəri nəzərə alsaq, 1 trln. ABŞ dollarını ötür.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Deniş Şmıqal deyib.
Onun sözlərinə görə, itkilərin birinci komponenti birbaşa infrastruktur itkiləridir və təxminən 120 mlrd. dollar təşkil edir. Hərbi infrastruktur və digər mülki xərcləri nəzərə alındıqda, bu məbləğin 270 mlrd. dollara bərabər olduğu vurğulanıb.
D. Şmıqal qeyd edib ki, ikinci komponent Ukrayna iqtisadiyyatının itkilərinin hesablanmasıdır: "Bu, hərbi əməliyyatları davam etdirəcəyimiz aylar üçün hesablanmış ÜDM-in azalmasıdır. Bunlar itirilmiş mənfəətlər və müəssisələrimizin sərmayə qoyulmamış investisiyalarıdır. Bizim hesablamalarımıza görə, bu məbləğ 290 mlrd. dollardan çoxdur". (Apa)