Ukraynanın dövlət qurumlarında 20 minə yaxın işçi ixtisar edilir.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin naziri Dmitro Dubilet açıqlama verib.
“İxtisara salma qərarı asan deyil, lakin zəruridir. Dövlət qurumlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artırırıq”, - deyə Dubilet bildirib.
Ukrayna hökuməti hesab edir ki, dövlət qurumlarında funksiyaların bir hissəsi təkrarlanır, bir hissəsi köhnəlmiş və təsirsizdir. Bəzi qurumlar birləşdirilir.
Nazir əlavə edib ki, ixtisara düşən işçilərə 2 ay müddətində xəbərdarlıq ediləcək və onlara bütün kompensasiya xərcləri, o cümlədən istifadə olunmamış illik məzuniyyət xərcləri ödəniləcək.
Azərtac