Ukrayna müharibəsində hər gün istifadə olunan hərbi sursatın həcmi NATO ölkələrinin istehsal gücünü üstələyir.
Müharibə Ukrayna iqtisadiyyatının - 30%-Nİ MƏHV EDİB
FED.az xəbər verir ki, bu barədə NATO-nu baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, məsələn iri kalibrli mərmilərin istehsal müddəti 12 aydan 28 aya yüksəlib. «Bu o deməkdir ki, həmin sursatların istehsalı üçün indi verilən sifariş 2 il yarımdan sonra yerinə yetiriləcək»-deyə baş katib bildirib.
Stoltenberq etiraf edib ki, NATO Rusiya və Ukraynanın müharibəsinə 2014-cü ildən hazırlaşırmış: «Bu münaqişə NATO-nu dəyişmədi, sadəcə onun nə qədər vacib olduğunu göstərdi. Bu müharibə indi deyil 2014-cü ildən başlayıb, ona görə də həmin vaxtdan NATO bu vəziyyətə adaptasiya olunmağa başlayıb».