Ukraynanın tanınmış Rusiya meylli siyasətçilərindən biri Viktor Medvedçuk ev dustaqlığına göndərilib.
Eləcə də bax: Putindən “dost olmayan ölkələr”lə bağlı - Qərar - İş Müqavilələri Ləğv Ediləcək
FED.az xəbər verir ki, son günlər Ukrayna siyasi elitasında aparılan təmizləmə əməliyyatları çərçivəsində Medvedçuka qarşı vətənə xəyanət və sərvətlərin talan edilməsi maddələri ilə cinayət işi qaldırılıb.
O iyul ayının 9-dək ev dustaqlığında olacaq, bu müddətlə xarici pasportunu təhvil verməli və onun hərəkətini izləməyə imkan verən elektron qolbaq taxmalıdır.
Prokurorluq, həbsin olmaması üçün ondan 11 milyon dollar girov tələb edib, qarşı tərəf razılaşmayıb.
Medvedçuk məhkəmənin qərarına əməl edəcəyini açıqlayıb.
Ukrayna məhkəməsi Medvedçuku Rusiya ilə əməkdaşlıqda ittiham edir, o cümlədən məhkəmənin fikrincə, Medvedçuk 2015-ci ildən etibarən, yəni Rusiya Krımı işğal edəndən sonra, Krımdakı faydalı qazıntılar barədə Rusiyaya məlumatlar ötürürmüş. Söhbəğ ehtiyatlarının həcmi 1,3 milyard dollar məbləğində qiymətləndirilmiş qaz yatağından gedir.
Digər ittiham isə Ukrayna hərbi qüvvəəri barədə məlumatların Rusiyaya ötürülməsi ilə bağlı olub. Bu ittihamlarla Medvedçuka 15 il həbs verilə bilər.