Rusiya işğalı nəticəsində müharibə başlayan Ukraynada müharibə nəticəsində iş yerini itirənlərə kompensasiya ödəniləcək.
FED.az xəbər verirki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal açıqlama verib. Birdəfəlik pul kompensasiyasının məbləği 6500 qriven və ya 195 dollardır (təqribən 330 manat).
Ödənişlər gələn həftədən başlanacaq, bunun üçün dövlət büdcəsinin rezerv fondundan 21,9 milyard qriven və ya 657 milyon dollar vəsait ayrılıb.