“Ukrayna ordusu oktyabrın 1-dən Xerson vilayətində 29 yaşayış məntəqəsini azad edib”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin sədrinin müavini, briqada generalı Aleksey Qromov açıqlayıb.
Onun sözlərinə görə, Rusiya ordusu itirdiyi mövqeləri bərpa etmək məqsədilə Xerson istiqamətində əks-hücuma keçməyə cəhd edir.
Qromov, həmçinin Rusiya ordusunun Nikolayev və Dnepropetrovsk vilayətlərini atəşə tutmağa davam etdiyini də qeyd edib.