“Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində Xarkov vilayətində 421 yaşayış məntəqəsini azad edib”.
Eləcə də bax: Ukrayna Silahlı Qüvvələri ötən gün 20-dən çox yaşayış məntəqəsini - AZAD EDİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko açıqlayıb.
Onun sözlərinə görə, azad olunan ərazilərdə yaşayış və digər vacib infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.
O, həmçinin bildirib ki, atışmalara baxmayaraq, həmin ərazilərə humanitar yüklər göndərilir.