Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqindəki Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsinin Rusiya qoşunlarından geri alındığını açıqlayıb.
Eləcə də bax: Ukrayna Ordusu 50 kilometr irəliləyib - 20 YAŞAYIŞ MƏNTƏQƏSİ AZAD EDİLİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zelenski bu haqda sosial media hesabından paylaşım edib.
Ukrayna ordusu, kəşfiyyatı və təhlükəsizlik xidmətinin müxtəlif əməliyyat istiqamətlərində aktiv fəaliyyətlərini uğurla davam etdirdiyini bildirən Ukrayna Prezidenti, “Silahlı Qüvvələr Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edərək nəzarətə götürüb” qeyd edib.