Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.
FED.az xəbər verir ki, məlumatda qızğın döyüşlərin getdiyi bildirilib:
“Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.
Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarını, xəstəxanaları, bağçaları hədəf alır.
“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - məlumatda bildirilib. (Report)