“Ukraynanın məhv edilməsini tələb edən Rusiya, nəhayət, səfərbərlik elan etdi".
Eləcə də bax: Putin Ukraynanın işğal edilmiş əraziləri “tarixi Novorossiya torpaqları” - ADLANDIRIB
FED.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
Onun sözlərinə görə, artıq üçgünlük müharibənin 210-cu günüdür: "Sərhədlər bağlanıb, bank hesabları dondurulub. Bu gün baş verənlər həyatın ironiyasıdır. Doğrudan da, hər şey plana uyğun gedir?!”
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib. (Report)