Ukraynanın Müdafiəsi Dətəsinə qoşulmaq istəyən əcnəbilər üçün müvəqqəti vizasız gediş-gəliş tətbiq edib.
Eləcə də bax: Kiyevdə - SON VƏZİYYƏT
FED.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusuna qarşı mübarizə aparmaq üçün Ukraynaya gedən əcnəbilər üçün müvəqqəti vizasız rejimin tətbiqi haqqında fərman imzalayıb. Fərman artıq qüvvəyə minib.
Xatırladaq ki, Ukrayna əcnəbilərdən ibarət ərazi müdafiə legionu (dəstəsi) formalaşdırmağa başlayıb. Məlumata görə, bir neçə gün ərzində minlərlə əcnəbi Ukraynanın Müdafiəsi Beynəlxalq Legionuna qoşulmaq üçün könüllü olub. (Marja)