“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.
Eləcə də bax: “Bizi İran PUA-ları ilə vururlar” - VİDEO
FED.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.
M.Podolyakın fikrincə, rəsmi Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.
Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir. (Report)