Xarkov vilayətinin Borovaya şəhəri işğaldan azad edilib.
Eləcə də bax: Ukraynanın iki vilayətində daha 6 kənd - AZAD EDİLİB
FED.az xəbər verir ki, şəhər Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən azad olunduqdan sonra ərazidə dövlət bayrağı ucaldılıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarca yaşayış məntəqəsinin işğaldan azad edildiyini söyləyib. (Report)