Bundan başqa Derqaçev Şəhər Sovetinin deputatı Aleksey Stepanenko da bu barədə paylaşım edib:
Eləcə də bax: Ukrayna Ordusu 50 kilometr irəliləyib - 20 YAŞAYIŞ MƏNTƏQƏSİ AZAD EDİLİB
FED.az xəbər verir ki, “Budur! Kupyansk bizimdir! Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub”, - yazan millət vəkili Ukrayna hərbçiləri 92-ci motoatıcı briqadanın 1-ci mexanikiləşdirilmiş batalyonunun döyüş bayrağı ilə fotosunu da paylaşıb.
Qeyd edək ki, Kupyanskın işğalçılardan azad edilməsi Ukrayna qüvvələri üçün çox vacibdir. Çünki bu şəhər Rusiya qoşunları üçün əsas dəmir yolu mərkəzi sayılırdı.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücum əməliyyatı davam edir, Prezident Vladimir Zelenski dünən bildirib ki, əsgərlərimiz artıq regionda 30-dan çox yaşayış məntəqəsini işğaldan azad edib. Həmçinin ISW-nin məlumatına görə, ukraynalı döyüşçülər Xarkov vilayətində təxminən 2 500 kvadrat kilometr ərazini azad edib. (Oxu.az)