Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod şəhərini atəşə tutması barədə rəsmi Moskvanın yaydığı məlumatı təkzib edib.
FED.az “Segodnya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, həmin hadisədə Ukrayna Silahlı Qüvvələrinin iştirakı olmayıb.
***
Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.
FED.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
“Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur”, - Qladkov yazıb.
Qeyd edək ki, Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, "Belqorodnefteprodukt" ASC-də yanğın olması barədə məlumat daxil olub. Yanğın neft anbarındakı yanacaq çənlərini bürüyüb. Nəticədə iki fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür. (Report)