Rusiyanın Moskva vilayətində, Ramensk rayonu ərazisində yerləşən “Koltsevoy” neft məhsulları boru kəməri partladılıb.
Rusiya neftinin dünya bazarına yolu bağlandı – SANKSİYALAR İŞƏ DÜŞDÜ
FED.az xəbər verir ki, bu haqda məlumatı və əməliyyatın video görüntüsünü Ukraynanın Baş Kəşfiyyat İdarəsi yayıb.
Verilən məlumata görə, həmin obyekt Rusiya ordusunu yanacaqla təmin edirdi.
Əməliyyat nəticəsində benzin, dizel və aviasiya yanacağı nəql edən kəmərin bütün üç xətti sıradan çıxarılıb.
Məlumatda qeyd olunur ki, neft məhsulları boru kəməri təxminən 400 kilometr uzunluğa malikdir və yanacağı Ryazan, Nijni Novqorod və Moskva neft emalı zavodlarından Rusiya ordusuna çatdırır.
Kəmər üzrə illik nəql gücü 3 milyon ton aviasiya yanacağı, 2,8 milyon ton dizel və 1,6 milyon ton benzin təşkil edir.
Məlumatda kəmərin hazırda istifadəyə yararsız vəziyyətdə olduğunu bildiriblər. (Apa)












