Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayrağı asılıb.
Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar - Xüsusi əməliyyat keçirilir
FED.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, hazırda yarımadada Ukrayna bayrağı dalğalanır.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb.
Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib. (Report)