Ukrayna Silahlı Qüvvələri Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığındakı 4 yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.
Eləcə də bax: Bundan sonra Ukrayna neytral olacaqmı? - ZELENSKİ ŞƏRTİ AÇIQLADI
FED.az xəbər verir ki, məlumatı Ukraynanın “Cənub” Əməliyyat Komandanlığı yayıb.
Bildirilib ki, ötən sutkada Rusiya bu istiqamətdə 47 canlı qüvvə, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA, bir radiolokasiya stansiyası, bir dezel-generatoru itirib.
Ukrayna Silahlı Qüvvələri bu bölgədə Rusiyanın 7 anbarını, sursat və yanacaq-sürkü materialları aparan karvanını məhv edib. (Report)