"Ukrayna qoşunları Xarkov, Sumıda əks-hücum əməliyyatına başlayıb, həmçinin, Kiyev və Xerson vilayətlərində də bunu davam etdirir”.
FED.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirilən brifinqdə deyib.
“İndi düşmənin iki əsas tapşırığı var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xersonda müdafiəni qoruyub saxlamaq. Əgər düşmənin Cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o deyib.
Bununla yanaşı, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə də xəbərdarlıq edib:
“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.
Daha əvvəl bildirilib ki, Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib. Bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat yayıb.
Qeyd edək ki, bu gün yayılan məılumata görə, Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücuma keçib.
Bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında bildirib.
“İzyum istiqamətində döyüşlər davam edir. Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib. Bu, düşmən ordusunun ən yeni təyyarələrindən biridir”, - O.Sinegubov yazıb.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında mövqelərini qorumaqda davam edir, bəzi istiqamətlərdə isə əks-hücum əməliyyatına başlayıblar.
“Ötən gecə Xarkovda atışma davam edib, işğalçılar uzaqmənzilli silahlardan zərbələr endiriblər - təxminən 15 dəfə. Gecə saatlarında Xarkov xilasediciləri işğalçıların açdığı atəş nəticəsində Moskva və Sloboda rayonlarında yaranan yanğınları söndürmək üçün hadisə yerinə gediblər”, - məlumatda deyilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğalçıları digər yaşayış məntəqəsindən - Qusarovkadan qovub.