Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Rusiya-Ukrayna arasında müharibə başlayıb. Artıq Ukraynanın bir sıra şəhərlərinin atəşə məruz qaldığı bildirilir.
Ukrayna Xarici işlər Nazirliyi hərbi hücum əməliyyatının məqsədinin Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunması olduğunu bildirib. Artıq Ukraynanın paytaxtı Kiyev və digər böyük şəhərlərdə əhali qorunmaq üçün metro stansiyalarından istifadə edir.
Eləcə də bax: Ukrayna DSX: “Rusiya ordusu Xarkov vilayətinə daxil olub”
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən Kiyev və Xarkov metrosunda çəkilən fotoları təqdim edir: