“3 gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək – 2 ədəd “Bayraktar” Rusiyanın ümumi dəyəri 26,5 milyon dollar olan texnikasını, o cümlədən 8 tankını məhv edib".
Eləcə də bax: “İran Rusiyaya döyüş PUA-ları göndərib”
FED.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı teleqramda yazıb.
“Bura 8 ədəd T-72 tankı, “Akatsiya” özüyeriyən artilleriya qurğusu, piyadaların döyüş maşını və haubitsalar daxildir”, - Baş Komandan qeyd edib.
Eyni zamanda 5 T-72 tankı və 1 piyadanın döyüş maşınına zərər verilib.
Beləliklə, onun sözlərinə görə, sadəcə 2 ədəd “Bayraktar”ın vasitəsilə Rusiya ordusuna dəymiş ziyan toplam 28,35 milyon dollar olub:
“Bizim bacarıqlı döyüşçülərin əlində olan Türkiyənin effektiv “Bayraktar”ları güclü silahdır! Aparatlardan biri dost Litvadan yardımdır”. (Report)