Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsini azad edib.
FED.az xəbər verir ki, bu barədə məlumatı “Cənub” operativ komandanlığı yayıb.
Bildirilir ki, sözügedən ərazilər bunlardır: Novovorontsovka, Malaya Şesternya, Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorye, Koçubeevka, Orlovo.
***
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatına görə, ukraynalı hərbçilər son sutka ərzində 28 yaşayış məntəqəsini rusiyalı hərbçilərdən azad ediblər.
Sözügedən yaşayış məntəqələrinin əsas olaraq Kiyev və Çerniqov vilayətlərində yerləşdiyi bildirilir. (Qafqazinfo)