Mark Kuban: “Stəkanın yarıdolu və ya yarıboş olması əhəmiyyətli deyil. Əsas odur ki, o suyu məhz sən tökəsən”
Marc Kuban milyonlarla insanları ilhamlandıran milyarderlərdən biridir. Qeyd edək ki, Mark Kuban, həmçinin “Dallas Mavericks” basketbol klubunun sahibidir. Milyarder özünü dünyaya ağıllı, təmkinli və uzaqgörən bir insan kimi tanıdıb.
FED.az Mark Kubanın məsləhətlərini Banker.az-a istinadən verir.
Eləcə də bax: "Qardaşım mənə görə maşınını satdı, indi 200 milyona nəzarət edirəm" - MÜSAHİBƏ
1. “Təsəvvür edin ki, kimsə gündə 24 saat işləyib sizi ötüb keçmək istəyir. Bunu düşünün və daha motivasiyalı olun.
Hər bir həyat hekayəsinin başlanğıcı və sonu vardır. Hər bir işin də sonu vardır. Siz həyatınızı həsr etdiyiniz işdə müvəffəq ola bilərsiniz, lakin unutmayın ki, bir gün bütün bunlar sona çata bilər.
Bəli, siz işsiz də ola bilərsiniz, maddi imkanınız aşağı ola bilər. Buna baxmayaraq, siz hər an nəyəsə sahibsiniz. Yadınızda saxlayın: heç kim sizin nəyi və nə zaman itirəcəyinizi proqnoz edə bilməz.
2. Ruhdan düşsəniz, sizdən az da ola yaxşı işləməyə hazır olan biri tapılacaq. Buna görə də həmişə var gücünüzlə işləyin.
Bu sizə rəqiblərinizi bir addım da olsa irəli olmağa və yüksəlməyə kömək edəcəkdir.
3. “Xəyal qurmaq kifayət etmir, hərəkət etmək lazımdır”
Uşaqlıqda və yeniyetmə dövrümüzdə bizə tez-tez deyirdilər: “Xəyal qurmayın, xəyallar gerçək olmalıdırlar və onlara inanmaq lazım deyil”. Lakin onlar bir şeyi unudurlar ki, sadəcə xəyal qurmaq kifayət deyil. Onları gerçəkləşdirmək lazımdır.
Xəyallar – düşüncələrimizdir. Nə az, nə də çox. Və bizim hərəkətlərimiz nəticəsiz xəyallardan daha güclüdür. Hərəkətlər ətrafımızdakı dünyanı dəyişdirir və müxtəlif yollarla insanlara təsir edir.
Həkim olmağı xəyal edirsən? Tibb Universitetinə qəbul olun, sonra isə hər şey sizin əlinizdədir. Siyasətçi olmaq arzunuz var? Zövqünüzə uyğun partiya seçin, həmfikir insanlar tapıb öz partiyanızı qurmağa çalışın. Yazıçı olmaq istəyirsiniz? Yazın, cəhd göstərin, işlərinizi müxtəlif nəşriyyatlara göndərin.
Etdiyimiz hərəkətlər həyatımıza çox böyük təsir göstərirlər. Əgər bütün günü sadəcə xəyal qurmaqla məşğulsunuzsa, nəyə qadir olduğunuzu heç vaxt bilməyəcəksiniz.
4. “Stəkanın yarıdolu və ya yarıboş olması əhəmiyyətli deyil. Əsas odur ki, o suyu məhz sən tökəsən”
Həyatınız nə qədər problemi olursa olsun, həmişə duyğularınız, qərarlarınıza və dünya görünüşünüzə hakim olacaqsınız.
Unutmayın ki, stəkana töküləcək suyun miqdarını da siz müəyyən edirsiniz.
Xəyanətə, işdə üzləşdiyiniz problemlərə və ya sevdiyiniz insanın ölümünə reaksiyanız, sizi həyatınızın stəkanını demək olar ki, boş görməyə məcbur edə bilər. Əslində, suyun miqdarını siz özünüz müəyyən etməlisiniz.
5. “İnsanların bir şeyi dədə-baba qaydası ilə etdiklərini gördükdə, həmin insanlardan uzaq durmaq lazım olduğunu başa düşürəm. Çox vaxt belə insanlar başqalarının yolunu təkrarlamağa meylli olurlar, başqa bir yolu axtarıb tapmağa çalışmırlar.
Tezliklə həyat çox monoton, təkrarlanan və maraqsız olacaqdır.
Yeni imkanlar axtarın, onlar sizi komfort zonadan dartıb çəksə belə. Risk edin! Sizi dəyişməyə, böyüməyə və təkminləşməyə sövq edən iş tapın.
Özünüzü yeniliyi sevən insanlarla əhatə edin. Qeyri-adi, heç kimin çözmədiyi və hətta qəribə ideyaları təqdim etməyə, onlarla fəxr etməyə çəkinməyin.
Bizi uşaqlıqdan öyrədirlər ki, hər şeyi başqalarının etdiyi kimi etmək lazımdır. Lakin “düzgün olmayan”, qəribə və yeni məşğuliyyətlər çox vaxt daha yaxşı nəticə verirlər.
Həyat çox qısadır, hamı kimi görünməyə çalışmayın. Olmaq istədiyiniz insan olun, sizə nifrət edən insanlara isə fikir verməyin.
6. “Hər bir “yox” cavabı məni “hə” cavabına daha da yaxın edir”
Çox vaxt “yox” eşidəndə düşünürük ki, məğlub olduq. Biz “yox” cavabını fərqli formalarda eşidə bilərik: keçə bilmədiyimiz imtahan, müsahibə, və ya “sizdə heç nə alınmayacaq” deyən insanın cavabı kimi. Çox vaxt “yox” cavabını eşidib ruhdan düşürük, çünki bir daha elə bir cavab eşitmək istəmirik.
7. “Yox” – məğlubiyyət deyil. Bu, əldə etmək istədiyiniz “hə” cavabına daha da yaxın olmaq üçün bir fürsətdir. Heç vaxt “yox” eşidib yolunuzdan dönməyin.
Hər bir “yox” tarixinizin bir hissəsidir və əgər işləməyə davam etsəniz, gec və ya tez “hə” yə çatacaqsınız.