Çox güman ki, siz də televizora baxırsınız. Və yalnız indi yox, həmçinin nahar hazırlayarkən, axşamlar divanda əyləşərkən də. İnsanların 80% televizora baxaraq istirahət edir. FED.az Banker.az-a istinadən təqdm edir.
Eləcə də bax: Uğurlu iş adamı Mark Kubandan - MƏSLƏHƏTLƏR
Televizor və təbliğat
Hər gün güclü informasiya axını ilə üzləşirik: işdə, universitetdə, radiodan, reklamlardan. Ən yaxşı halda, beyin bu məlumatları “süzgəcdən” keçirir və yalnız lazımlı informasiyanı yadda saxlayır. Lakin çox vaxt bu axın əhval-ruhiyyəyə, düşüncələrə və ruh halına mənfi təsir göstərir. Təəccüblü deyil ki, kütlələrə təsir göstərməyi öyrədən kanallar vardır.
Televizor və internet də bu kanallara aid olunurlar. Problem ondadır ki, internet vasitəsilə yalnız tapmaq istədiyimiz informasiyanı axtarıb görürüksə, televizor ilə elə deyil.
Keçmiş SSSR dövrünü xatırlayın. Onda insanlar televizorda baxmağa bir şey tapa bilmirdilər, çünki informasiya ciddi şəkildə seçilirdi. Həmin vaxt televizor insanlara təsir göstərməyin əsas vasitələrdən biri idi.
Bu strategiya indi də mövcuddur, amma çox vaxt psixoloqlar və reklamçılar daha “incə” yollara əl atırlar. Artıq informasiya birbaşa deyil, zaman-zaman şüur altı dolayı yollarla yeridilir. İnanın ki, bu çox güclü silahdır.
Televiziya vasitəsilə insanların beyninə müəyyən siyasi baxışlar yeridilir, bundan əlavə ideal həyat haqqında yanlış təsəvvür formalaşdırılır. Biz real həyatımızı televizorda izlədiyimiz filmlərlə müqayisə edirik və başa düşürük ki, iş və şəxsi həyatımız heç də ürəkaçan vəziyyətdə deyil.
Marketoloqlar reklam etdikləri məhsullara tələbatı süni şəkildə artırırlar: məsələn, indiyə qədər unitaz qapağının altındakı mikrobların sayı heç kəsi narahat etmirdi. Əlbəttə ki, təmizlik çox önəmlidir, amma məşhur firmaların istehsal etdiyi məhsullar olmayanda mikroblarla mübarizə aparmaq zərurəti də yox idi. Və bu aysberqin yalnız görünən hissəsidir.
Məsələnin müsbət və mənfi tərəfləri
Televizor insana çox təsir göstərdiyinə görə, bütün məqamlara toxunub qərar qəbul etməliyik: o sizə lazımdır, yoxsa yox
Televizora baxmağın müsbət tərəfləri
- İnformasiyaya çıxış
Əlbəttə ki, hər bir insan dünyada baş verən hadisələrdən xəbərdar olmalıdır. Xəbər verilişləri də məhz bunun üçün yaradılıblar. Televizor bizə gündəmdə olan xəbərləri öyrənmək imkanını verir. Lakin bunun da mənfi tərəfi var – təbliğat. Bu səbəbdən doğru informasiyanı təbliğatdan və manipulyasiyalardan fərqləndirməyi bacarmalısınız. Bu haqda bir qədər sonra danışacağıq.
- Dünya görüşünün genişlənməsi
Xəbərlərdən başqa televizorda çox saylı verilişlər gedir, hansılar ki bizim dünya görüşümüzü genişləndirir, nə isə öyrədirlər.
- İstirahət
Aktiv istirahət haqqında nə qədər danışsaq da, bəzən evdə istirahət etmək istəyirik. Bu işdə
televizor bizim köməyimizə gələ bilər. Siz kinoya baxa, musiqi dinləyə bilərsiniz.
Deyəsən, bununla da müsbət tərəflər bitir. Siz deyə bilərsiniz ki, müsbət tərəflər az olsa da, mənfi tərəfləri kompensasiya edirlər? Axı informasiya çox vacibdir, istirahət də vacibdir. İndi isə televizorun həyatımıza göstərdiyi mənfi təsirdən danışaq.
Niyə televizora baxmaq olmaz
- Virtual reallığın yaradılması
Siz deyəcəksiniz ki, seriallar və şoular insana heç bir təsir göstərmirlər, bu sadəcə problemlərdən bir qədər uzaqlaşmaq üçün bir vasitədir. İnanmarıq. Ən ciddi təhlükə də məhz budur. İnsan real həyatdan qaçır və problemlərini həll etmək istəmir, çünki divana sərilib ekrandakı qəhrəmanlara can yandırmaq daha asandır.
Paxıllıq yaranırsa, vəziyyət daha da pisləşir. Axı televizor bizə maraqlı, rəngarəng və macəra ilə
dolu həyat göstərir. Sizcə, bu insanları motivasiya edir? Yox, əskinə. İnsan özünü çox aciz hiss etməyə başlayır, həvəsdən düşür, bəzi hallarda depressiya formalaşır.
- Psixiki sağlamlığa təsir
Müasir dövrdə senzura demək olar ki, mövcud deyildir. Və göy ekran bizə zorakılığın, qətlin, erotikanın və s. nə olduğunu öyrədir. Əgər bu kimi hadisələrə ayda bir dəfə rastlaşsanız, heç nə olmaz. Təəssüf olsun ki, biz bunları gər gün izləyirik. Nəticədə, günün sonunda istirahət etmək istəyən insan, neqativliyin payını alır. Bu insanların psixiki sağlamlığına mənfi təsir göstərərək, onların daha səbirsiz və əsəbi olmasına gətirib çıxarır.
- Deqradasiya
Elə insanlar var ki, bütün günü şikayətlənirlər və bununla belə heç nəyi dəyişdirmək istəmirlər. Sizcə, onların əsas əyləncəsi nədir? Bəli, oturub televizora baxmaq. İnsanda asılılıq yaranır, o heç nə etmək istəmir. Adətən bu cür insanların həyata marağı olmur, ekrandakı qəhrəmanların
həyatını izləmək onlara daha maraqlı gəlir. Dost-tanışınızın arasında elə insanlar var?
- Ailələrin dağılması
Qəfildən işıq sönəndə nə baş verir? Bütün ailə oturur və şam işığında söhbət etməyə başlayır: ata zarafat edir və hər kəs gülür. Bu gün ailə üzvləri bir-birlərini yalnız şam yeməyi zamanı görürlər. Ata kompüter arxasında oturur, ana televizora baxır, uşaqların başı isə telefonlarda olur. Ünsiyyət yoxdur. Və hər kəs ünsiyyət qurmaqdan soyuyur.
Bunlar televizora baxmağın mənfi tərəfləri idi. Və bu son deyil
Televiziya insanın sağlamlığına da mənfi təsir göstərir. İlk növbədə gözlərinizə və sinir sisteminizə. Ən çox da uşaqlar zərər çəkirlər.
Televizor uşaqlara necə təsir göstərir?
Təəssüflər olsun ki, müasir valideynlər uşaqlarına yetərincə vaxt ayıra bilmirlər. Bu işdə televizor onların köməyinə gəlir, çünki cizgi filmini qoşub uşağı bir yerdə oturtmaq ən asan yoldur.
Düşünürsünüz ki, burada pis heç nə yoxdur? Cizgi filmləri uşağın inkişafına kömək edir? Yox, elə deyil. Gəlin, “yaxşı” verilişlərin uşaqlara göstərdiyi təsirə baxaq:
- Sinir sistemində pozuntular (aqressiv davranış, yuxusuzluq, baş ağrısı)
- Görmə qabiliyyəti ilə bağlı problemlər
- Televizordan asılılıq
- Artıq çəki (çox vaxt uşaqlar televizora baxanda darıxırlar və eyni zamanda yemək də yeyirlər)
- İntellektual səviyyənin aşağı düşməsi – beyin düşünmür
Bütün bu problemlər təkcə uşaqlara deyil, böyüklərə də aiddir.
Televizoru nə ilə əvəz emtək olar və televizor olmadan necə inkişaf etmək olar?
- Kitablar
Ədəbiyyat – televizordakı melodramların əvəzidir. Kitablar:
- Dünya görüşünü genişləndirir
- Söz bazasını artırır
- İntellekt və savadlılığı artırır
- Özünəgüvəni gücləndirir
- Hobbi
Özünüzə hobbi tapın. Bunun üçün hər hansısa istedada ehtiyac yoxdur. Bu dizayn, rəsm çəkmə, “handmade”, kulinariya, modelləşdirmə və “puzzle” oyunu ola bilər.
- Ünsiyyət
Əgər sakitliyə dözümünüz yoxdursa, televizoru real ünsiyyət ilə əvəz edin. Deməyin ki, dostunuz yoxdur və ya onların hamısı hal-hazırda məşğuldur. Siz hər zaman yeni insanlarla tanış ola bilərsiniz. Rəqs kurslarına yazılın, idmanla məşğul olun, teatra gedin və s.
- Radio və filmlər
Yemək hazırlayarkən radionu qoşa bilərsiniz. Filmləri də heç kim istisna etmir. Yaxşı film kitab kimi faydalıdır. Lakin film, serial yox.
Televizora nə qədər baxmaq olar?
Əgər televizordan tam olaraq imtina edə bilmirsinizsə, informasiyanı seçməyi bacarmalısınız. Tədqiqatların nəticələrinə görə, televizora aşağıdakı qaydada baxmaq olar:
- 2 yaşa qədər uşaqlara – ümumiyyətlə olmaz
- 2-3 yaşlı uşaqlara – gündə 30 dəqiqə, hər 5 dəqiqədən bir fasilə
- 3-7 yaşlı uşaqlara – gündə 50 dəqiqə, fasilələrlə
- 7-14 yaşlı – gündə iki saat, fasilələrlə
Böyüklərə -gündə bir neçə saat, 40 dəqiqəlik seanslar arasında 15 dəqiqə fasilə
Buna baxmayaraq, televizoru həyatınızdan çıxarmağa çalışın, çünki bu, vaxt itkisidir.
nmaq istəyirsənsə, televizora baxmamalısan. Niyə?
Çox güman ki, siz də televizora baxırsınız. Və yalnız indi yox, həmçinin nahar hazırlayarkən, axşamlar divanda əyləşərkən də. İnsanların 80% televizora baxaraq istirahət edir.
Televizor və təbliğat
Hər gün güclü informasiya axını ilə üzləşirik: işdə, universitetdə, radiodan, reklamlardan. Ən yaxşı halda, beyin bu məlumatları “süzgəcdən” keçirir və yalnız lazımlı informasiyanı yadda saxlayır. Lakin çox vaxt bu axın əhval-ruhiyyəyə, düşüncələrə və ruh halına mənfi təsir göstərir. Təəccüblü deyil ki, kütlələrə təsir göstərməyi öyrədən kanallar vardır.
Televizor və internet də bu kanallara aid olunurlar. Problem ondadır ki, internet vasitəsilə yalnız tapmaq istədiyimiz informasiyanı axtarıb görürüksə, televizor ilə elə deyil.
Keçmiş SSSR dövrünü xatırlayın. Onda insanlar televizorda baxmağa bir şey tapa bilmirdilər, çünki informasiya ciddi şəkildə seçilirdi. Həmin vaxt televizor insanlara təsir göstərməyin əsas vasitələrdən biri idi.
Bu strategiya indi də mövcuddur, amma çox vaxt psixoloqlar və reklamçılar daha “incə” yollara əl atırlar. Artıq informasiya birbaşa deyil, zaman-zaman şüur altı dolayı yollarla yeridilir. İnanın ki, bu çox güclü silahdır.
Televiziya vasitəsilə insanların beyninə müəyyən siyasi baxışlar yeridilir, bundan əlavə ideal həyat haqqında yanlış təsəvvür formalaşdırılır. Biz real həyatımızı televizorda izlədiyimiz filmlərlə müqayisə edirik və başa düşürük ki, iş və şəxsi həyatımız heç də ürəkaçan vəziyyətdə deyil.
Marketoloqlar reklam etdikləri məhsullara tələbatı süni şəkildə artırırlar: məsələn, indiyə qədər unitaz qapağının altındakı mikrobların sayı heç kəsi narahat etmirdi. Əlbəttə ki, təmizlik çox önəmlidir, amma məşhur firmaların istehsal etdiyi məhsullar olmayanda mikroblarla mübarizə aparmaq zərurəti də yox idi. Və bu aysberqin yalnız görünən hissəsidir.
Məsələnin müsbət və mənfi tərəfləri
Televizor insana çox təsir göstərdiyinə görə, bütün məqamlara toxunub qərar qəbul etməliyik: o sizə lazımdır, yoxsa yox
Televizora baxmağın müsbət tərəfləri
- İnformasiyaya çıxış
Əlbəttə ki, hər bir insan dünyada baş verən hadisələrdən xəbərdar olmalıdır. Xəbər verilişləri də məhz bunun üçün yaradılıblar. Televizor bizə gündəmdə olan xəbərləri öyrənmək imkanını verir. Lakin bunun da mənfi tərəfi var – təbliğat. Bu səbəbdən doğru informasiyanı təbliğatdan və manipulyasiyalardan fərqləndirməyi bacarmalısınız. Bu haqda bir qədər sonra danışacağıq.
- Dünya görüşünün genişlənməsi
Xəbərlərdən başqa televizorda çox saylı verilişlər gedir, hansılar ki bizim dünya görüşümüzü genişləndirir, nə isə öyrədirlər.
- İstirahət
Aktiv istirahət haqqında nə qədər danışsaq da, bəzən evdə istirahət etmək istəyirik. Bu işdə televizor bizim köməyimizə gələ bilər. Siz kinoya baxa, musiqi dinləyə bilərsiniz.
Deyəsən, bununla da müsbət tərəflər bitir. Siz deyə bilərsiniz ki, müsbət tərəflər az olsa da, mənfi tərəfləri kompensasiya edirlər? Axı informasiya çox vacibdir, istirahət də vacibdir. İndi isə televizorun həyatımıza göstərdiyi mənfi təsirdən danışaq.
Niyə televizora baxmaq olmaz
- Virtual reallığın yaradılması
Siz deyəcəksiniz ki, seriallar və şoular insana heç bir təsir göstərmirlər, bu sadəcə problemlərdən bir qədər uzaqlaşmaq üçün bir vasitədir. İnanmarıq. Ən ciddi təhlükə də məhz budur. İnsan real həyatdan qaçır və problemlərini həll etmək istəmir, çünki divana sərilib ekrandakı qəhrəmanlara can yandırmaq daha asandır.
Paxıllıq yaranırsa, vəziyyət daha da pisləşir. Axı televizor bizə maraqlı, rəngarəng və macəra ilə dolu həyat göstərir. Sizcə, bu insanları motivasiya edir? Yox, əskinə. İnsan özünü çox aciz hiss etməyə başlayır, həvəsdən düşür, bəzi hallarda depressiya formalaşır.
- Psixiki sağlamlığa təsir
Müasir dövrdə senzura demək olar ki, mövcud deyildir. Və göy ekran bizə zorakılığın, qətlin, erotikanın və s. nə olduğunu öyrədir. Əgər bu kimi hadisələrə ayda bir dəfə rastlaşsanız, heç nə olmaz. Təəssüf olsun ki, biz bunları gər gün izləyirik. Nəticədə, günün sonunda istirahət etmək istəyən insan, neqativliyin payını alır. Bu insanların psixiki sağlamlığına mənfi təsir göstərərək, onların daha səbirsiz və əsəbi olmasına gətirib çıxarır.
- Deqradasiya
Elə insanlar var ki, bütün günü şikayətlənirlər və bununla belə heç nəyi dəyişdirmək istəmirlər. Sizcə, onların əsas əyləncəsi nədir? Bəli, oturub televizora baxmaq. İnsanda asılılıq yaranır, o heç nə etmək istəmir. Adətən bu cür insanların həyata marağı olmur, ekrandakı qəhrəmanların həyatını izləmək onlara daha maraqlı gəlir. Dost-tanışınızın arasında elə insanlar var?