Rusiya prezidenti Vladimir Putin Tvitterdə yazılanları oxumur.
FED.az xəbər verir ki, bu bardə Putin ərəb kanallarına müsahibəsində deyib. O hətta ABŞ prezidenti Donald Trampın da tvitlərini oxumadığını deyib.
“Mənim özümün Tvitter hesabım yoxdur. Ancaq orada yazılanlar barədə mənə məlumat verilir. Trampın yazdıqlarını da oxumuram. Bununla belə onun yazdıqları dünya üçün vacibdir”, - deyə Putin qeyd edib.
Maraqlıdır ki, Putinin bu açıqlaması «Twitter»in səhmlərinə mənfi təsir etməyib. Əksinə, oktyabrın 11-də şəbəkənin səhmlərinin qiyməti 0,82 dollar və ya 2% bahalaşaraq 39,55 dollardan 40,36 dollara yüksəlib.