Dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vuruldu. Toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.
Bu barədə Fed.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi.
İmzalanma mərasimindən sonra 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Qazaxıstanın Türküstan şəhərinin seçildiyi elan olundu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim etdi.
Sonda qarşılıqlı hədiyələr təqdim olundu.