Türkmənistan prezidenti Qurbunqulu Berdımuhəmmədovun ölüm xəbəri yayılıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə politoloq, Avrasiya problemlərinin monitorinqi mərkəzinin direktoru Aslan Rubaev «Qovorit Moskva» radiostansiyasına bildirib.
O bildirib ki, bu barədə türkmən biznesmenlərindən xəbər alıb. Onların sözlərinə görə, prezident tətildə olduğu zaman vəfat edib.
Bildirilir ki, Qurbanqulı Berdımuhəmmədov iyulun 15-də tətilə çıxıb.
Türkmənistan prezidentinin ölümü barədə ərəb ölkələrinin həyatını işıqlandıran Teleqram kanallarından biri də xəbər yayıb. Yerli müxalifət Youtube-kanalı isə xəbər verir ki, prezident iyulun 20-də vəfat edib. Ölüm səbəbi kimi kəskin böyrək çatışmamazlığı göstərilir.
Hələlik bu məlumatın rəsmi təsdiqi və ya təkzibi yoxdur.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub.
Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib.
11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin səsini toplayaraq yenidən prezident seçilib.
Türkmənistan prezidentinin – VƏFATI XƏBƏRİ YAYILDI
18:02
21 İyul 2019