"Reuters" xəbər agentliyinə müsahibə verən ABŞ Prezidenti Donald Tramp, keşiş Endryu Branson məsələsində Türkiyəyə güzəştə getməyəcəklərini deyib.
FED.az xəbər verir ki,ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, ABŞ və Türkiyə arasında razılaşama olub. Razılaşmaya görə, Bransonın sərbəst buraxılması üçün, ABŞ İsraildə həbsdə olan Türkiyə vətəndaşının azad olunması üçün kömək edib.
Donald Tramp, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi gömrük vergilərinin Avropaya olacaq iqtisadi təsirindən narahat olmadığını da deyib.