Bir neçə gündür Türkiyə mətbuatında “Ciner Yayım Holding”inin tərkibinə daxil olan, 10 ildir ki “Gücü Azadlığındadır” sloqanı ilə nəşr edilən “Habertürk” qəzetinin bağlanması xəbərləri yayılıb.
FED.az xəbər verir ki, jurnalist İsmail Saymaz “Twitter” hesabı üzərindən deyib ki, “Habertürk”un bağlanması ilə bağlı xəbərlər doğrudur:
“Habertürk”ü müxbir olaraq çox bəyənirəm. Düşünürdüm ki, yazılı mətbuatda artıq rəqabət bitib, amma “Habertürk” isə həmin dəyərləri yaşadırdı. Qəzetdə təsir gücü olan xəbərlər, əsaslı məqalələr və diqqətə dəyər yazılar oxuyurdum. Bağlanmasına görə, çox təəssüf edirəm”, - deyə jurnalist deyib.
Qonşu ölkənin mətbuatında çıxan xəbərlərə görə, qəzetin son yayımı iyulun 6-sı 2018-ci ildə olacaq. Cümə günündən sonra, nəşr yalnız rəqəmsal olaraq fəaliyyətinə davam etdirəcək. “Habertürk”ün bağlanmasına səbəb kimi isə son zamanlar adıçəkilən mətbuat orqanının yaşadığı maliyyə çətinlikləri göstərilir.