Tanınmış Türkiyəli iş adamı Ali İhsan Gençin Baş direktoru olduğu "Turquoise” MMC dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat vəsait köçürüb.
Bu barədə FED.az-a Şirkətdən bildirilib.
"Azərbaycan tarixində daha bir şanlı səhifə açılacaq. Qəhraman Azərbaycan əsgərləri çox yaxın zamanda torpaqları işğaldan azad edəcək. Buna inamımız tamdır",- Ali İhsan Genç bildirib.
Qeyd edək ki, 2002-ci ildə təsis edilən “Turquoise” MMC Azərbaycanda 18 ildir tikintilərdə müasir həll yollarını təqdim edir.