Türkiyədə prezident idarəetmə formasına keçid çərçivəsində 5 vitse-prezident təyin olunacaq.
Bu barədə FED.az Türkiyə KİV-lərin istinadən məlumat verir.
Bundan başqa, nazirliklərin sayı 21-dən 15-ə endiriləcək. Bir sıra nazirliklərin isə birləşdirilməsi nəzərdə tutulur.
Lakin hələ ki bu məlumat rəsmi təsdiqini tapmayıb.
Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacaq, yeni komissiyaların yaradılacaq.