Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
FED.ad xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.
O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.
Nəticələrə əsasən, prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.
***
Hələ sayılmayan 400 min səs var.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener açıqlama verib.
***
Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.
FED.az xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, prezident seçkiləri ilə bağlı qutular 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.
“Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqın” namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb.
Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Muharrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.
***
Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
FED.az xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.
Digər namizədlərdən Sinan Oğan 6,42 %, yəni 424 səs, Muharrem İncə isə 2,24 %, yəni 148 səs ala bilib.
***
Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri yelunlaşmaqdadır.
FED.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, indiyədək sandıqların 98,7% açıqlanıb və hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə irəlidədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 45%-lə ikinci, “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə 5,23%-lə üçüncüdür.
Bakı vaxtilə saat 5-də isə Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin səslərinini 91,93 faizi sayılmışdı.
Türkiyə Yüksək Seçim Qurumunun sədri Ahmet Yener jurnalistlərə açıqlama verib ki, Türkiyə vaxtı ilə saat 02:25-ə olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.