2018-ci ildə Türkiyədə prezident seçkilərini ən dəqiq proqnoz edən araşdırma şirkəti ORC - mayın 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı yeni sorğunun nəticələrini paylaşıb.
FED.az xəbər verir ki, 29 aprel-1 may tarixində keçirilən sorğuda respondentlərə «bu gün prezident seçkiləri keçirilsə kimə səs verərdiniz?» sualı verilib. Rəyi soruşulanlardan 48% Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluya, 44,6% isə hazırki prezident, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğana səs verəcəyini açıqlayıb. Beləliklə sorğunun nəticələrinə görə, Kamal Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğandan 3,4%-lik fərqlə önə keçib. Bundan başqa sorğunun nəticələrinə əsasən Məmləkət İttifaqının namizədi Məhərrəm İncə 4,3%, Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan isə 3,1% səs toplayıb.