"Optimar" şirkəti Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı rəy sorğusu keçirib.
FED.az xəbər verir ki,  "Prezident seçkilərində kim qalib gələcək?" sualına sorğuda iştirak edənlərin 51%,4-i Rəcəb Tayib Ərdoğan,  48,6% isə, Kamal Kılıçdaroğlu cavabı verib. 
Sorğuda Məhərrəm İncə 3,1 faiz, Sinan Oğan isə 1,1 faiz səs toplayıb.
"Genar Araşdırma" şirkətinin sorğusuna görə 54% Rəcəb Tayyib Ərdoğana, 41,8%-i Kamal Kılıçdar oğluna, 3,1%-i Muhərrəm İncəyə, 1,1%-i Sinan Oğana səs verib.

"Areda Surve"nin sorusunda Rəcəb Tayyib Ərdoğan 51%, Kamal Kılıçdaroğu, 42%, Muhərrəm 4,1%, Sinan Oğan isə 2,8% səs toplayıb.

Eyni gündə keçiriləcək parlament seçkilərinə gəlincə, "Genar Araşdırma" şirkətinin "Bu gün  ümumi seçki keçirilsə, hansı partiyaya səs verərdiniz?" sorğusunun nəticələrinə əsasən, “AK Parti” 39,1%,  “CHP” isə 26,2%, MHP 7,3%, İyi Parti 7,4% səs toplayıb, .


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







