Türkiyədə prezident seçkilərinin birinci turunun yekun nəticəsi 19 mayda açıqlanacaq.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkə daxilində seçkilərdə seçici aktivliyi 88,92%, ölkə xaricində isə 52,69% səviyyəsində olub.
Ahmet Yener, həmçinin əlavə edib ki, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq.
***
Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
Türkiyədə seçkilərin nəticələri açıqlanır - Ərdoğan irəlidədir - YENİLƏNDİ - CANLI
FED.ad xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.
O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.
Nəticələrə əsasən, prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib. (Apa)