Bu gün Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin nəticələri açıqlanmaqdadır.
FED.az xəbər verir ki, Bakı vaxti ilə saat 22-50-yə olan məlumata görə, seçki qutularının 77,1%-i sayılıb.
Türkiyənin hazırki prezidenti Rəcəb Tayib Ərdoğan səslərin 50,68% ilə irəlidədir. O indiyədək 21 milyon 9 min səs alıb. Onun əsas rəqibi CHP partiyasının namizədi Kamal Kılıcdaroğlu isə 18 milyon 041 min səslə səslərin 43,52%-ni toplayıb.
Hələlik Ərdoğan rəqibini 3 milyon səslə qabaqlayır.
1-ci turda prezident seçilmək üçün səslərin 50%-dən artrıq səs toplamaq lazımdır.
Bu təqribən 26 milyon səs deməkdir.