Banner

Digər

Türkiyədə kim nə qədər səs toplayıb? - SİYAHI, FAİZLƏR

Türkiyədə kim nə qədər səs toplayıb? - SİYAHI, FAİZLƏR | FED.az
01:11 25 İyun 2018

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə prosesi başa çatıb.

FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18.00-da seçki məntəqələri bağlanıb. Bundan sonra səslərin sayılması prosesinə sart verilib.

Qeyd edək ki, prezidentlik uğrunda Ədalət və İnkişaf Partiyası (AK Part) və MHP-nin "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə, HDP-dən Səlahəddin Dəmirtaş, "İYİ" Partiyasının rəhbəri Maral Akşenər, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu və Vətən Partiyasından Doğu Perinçek mübarizə aparıb.

Seçkinin nəticəsində ölkəni 5 illik idarə edəcək prezident və 600 millət vəkili müəyyənləşdiriləcək. Parlament seçkilərində "Cümhur İttifaqı" (AKP və MHP), "Millət İttifaqı" (CHP, Səadət Partiyası, İYİ Partiya), HÜDO PAR, Vətən Partiyası və HDP iştirak edib.
 
Sayılan səslər 
 
Prezident seçkiləri (97.17 faiz)

1. Rəcəb Tayyib Ərdoğan - 52.50 faiz
2. Məhərrəm İncə - 30.70 faiz
3. Səlahəddin Dəmirtaş - 8.10 faiz
4. Meral Akşener - 7.40 faiz
5. Təməl Karamollaoğlu - 0.80 faiz
6. Doğu Perinçek - 0.20 faiz

 

Eləcə də bax: Vəzifə başında ölən azərbaycanlı məmurlar - SİYAHI

Parlament seçkiləri (97.06)

1. Cümhur İttifaqı - 53.63 faiz
2. Millət İttifaqı - 34.19 faiz
3. HDP - 11.35 faiz
4. HÜDO PAR - 0.30 faiz
5. Vətən Partiyası - 0.22 faiz

Eləcə də bax: Bakının icra başçıları toplandı - SİYAHI, ADLAR

qaynarinfo.az

 

Digər xəbərlər

Banner