Prezident Ərdoğanın qərarı ilə son üç təqvim ili ərzində illik oralama ixracı 500 min dolların üzərində olan ixracçı şirkətlərin təmsilçiərinə xüsusi möhürlü yaşıl pasport veriləcək.
FED.az xəbər verir ki, ixracçı şirkətlərin təmsilçilərinə xüsusi imtiyazlı pasport verilməsi qaydası Türkiyədə indiyədək də vardı, amma indiyədək bu pasportlar illik ixracı 1 milyon dollardan artıq olanda verilirdi. İndi isə həmin hədd 500 min dollara endirilib.
Eləcə də bax: Əsas ixracatçı şirkətlərin yeni reytinqi - AÇIQLANDI
Digər yeniliyə görə, şirkətin ixracı artdıqca, onun yaşıl pasport alan təmsilçilərinin də sayı artacaq. Belə ki, illik ixracı 500 min – 10 milyon dollar olan şirkətlərin 1 təmsilçisi, 10-25 milyon dollarlıq ixrac edənlərin 2 təmsilçisi, 25-50 milyon dollarlıq ixracçıların 3 təmsilçisi, 50-100 milyon dollarlıq şirkətlərin 4 təmsilçisi, 100 milyondan artıq illik ixracı olan şirkətlərin isə 5 təmsilçisi yaşıl pasport alacaq.
Bir qədər əvvəl Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib ki, indiyədək 11 min 952 ixracatçıya yaşıl pasport verilib.