Türkiyədə Akbank ipoteka faiz dərəcəsini 1,17 faizə endirib.
FED.az xəbər verir ki, bankdan verilən açıqlamaya görə, Akbank, sərfəli məhsulları və xidmətləri ilə müştərilərinə fərqli həllər təqdim etdiyini bildirib.
Bankın yaydığı məlumatda qeyd olunur ki, "Müştərilərimizin maddi ehtiyaclarını ən yaxşı şərtlərdə təmin etmək üçün, iqtisadiyyatın dəyişən şərtlərini yaxından izləyirik və tədbirlər görürük. Bu refleks faiz dərəcəsi ilə 5 - 10 il arasında yüzdə 1,17 nisbətində ipoteka krediti faizini müştərilərimizə təqdim edirik.