Türkiyədə fermerlərin Qurban bayramı münasibəti ilə bazara çıxardığı, amma sata bilmədiyi heyvanları dövlətə məxsus Ət və Süd İdarəsi alacaq.
FED.az xəbər verir ki, “Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
Qərara əsasən, iri buynuzlu heyvanlar diri çəkidə, hər kiloqramı 16-17 lirəyə vurulmaqla, xırda buynuzlu heyvanlar isə diri çəkidə, hər kiloqramı 10-14 lirəyə vurulmaqla dövlətə satılacaq.