Türkiyənin Hatay şəhərində zəlzələdən dağılan «Tower» binasının podratçısı «Cihan İnşaat»ın sahibi Ömər Cihan həbs edilib.
FED.az xəbər verir ki, Ömər Cihan Antalyanın Manavgat rayonunda saxlanılıb. Cihanın zəlzələ qurbanı kimi 5 ulduzlu oteldə qaldığı bildirilib.
Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağıntılar altında ölən və yaralananların yaxınları mənzili tikən şirkətin sahibi Ömər Cihandan şikayət edib. Şikayət əsasında Ömər Cihan haqqında həbs qərarı çıxarılıb. Xatırladaq ki, Ömər Cihandan 51 nəfər işkayət edib.
Titreyengölün turizm mərkəzindəki 5 ulduzlu oteldə zəlzələ qurbanı kimi qalan şirkət sahibi Ömər Cihan ötən gün İlçe Jandarma Komandanlığı qrupları tərəfindən saxlanılıb, daha sonra həbs edilərək həbsxanaya göndərilib.