Türkiyədə əsas ərzaq məhsullarının qiyməti artıb. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Türkiyə Şəkər Fabrikləri A.Ş.” bu gün şəkər məhsullarını 16% bahalaşdırdığını elan ediblər. Bu gündən etibarən 50 kq-lıq kisədə şəkər müştərilərə 3,57 lirədən (1,05 manat) təklif olunur.
Türkiyədə şəkərlə yanaşı, quru çayın da qiyməti artırılıb. Belə ki, elə bu gündən etibarən Türkiyənin Çay Müəssisələri Baş idarəsi (ÇAYKUR) işçi və əməliyyat xərclərini nəzərə alaraq çayı 15% bahalaşdırdığını bəyan edib.