Türkiyə Statistika İdarəsi aprel ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.
FED.az türk mətbuatına istinadən xəbər verir ki, ötən ay qonşu ölkədə qiymətlər aylıq müqayisədə təxminən 1,9%, illik müqayisədə isə təxminən 11% artıb.
Xatırladaq ki, analitiklər aylıq inflyasiyanın təxminən 1,5% olacağını proqnozlaşdırırdı. Qiymət artımının gözləntiləri üstələməsindən sonra Türkiyədə ABŞ dollarına tələbat artıb və onun məzənnəsi 4,2 lirəni keçib.
Apreldə qonşu ölkədə ən çox ayaqqabı və geyimlər bahalaşıb - 10,4%. Ən az bahalaşan isə spirtsiz içkilər olub - 0,2%.