Digər

Türkiyədə 4 milyon nəfər borcunu qaytara bilmir - «KREDİT AMNİSTİYASI» TƏKLİFİ

Türkiyədə 4 milyon nəfər borcunu qaytara bilmir - «KREDİT AMNİSTİYASI» TƏKLİFİ | FED.az
09:45 27 Avqust 2019

Türkiyənin istehlak krediti bazarında problemlər yaranmağa başlayıb. FED.az xəbər verir ki, son 5 ildə ölkədə 4 milyon nəfər kreditini qaytarmaqla bağlı çətinliklərə görə məhkəməyə verilib. 

Bununla əlaqədar olaraq Türkiyənin müxalifət partiyası CHP, ödənilməyən və ya çətinilkləri olan istehlak krediti borcunun yenidən maliyyələşdirilməsi təklifi irəli sürüb. 

Türkiyə parlamentinə  - Böyük Millət Mclisinə (TBMM) veprilən təklifdə CHP-nin İstanbuldan olan Millət vəkili Gürsel Tekin və yoldaşları bildirib ki, iqtisadi böhran, hər gün daha da dərinləşir. Nəticədə kredit və kart ödənişində problemi olanların sayı da zaminlər, hərbi xidmət, işsiz və evlilik kimi səbəblərdən milyonlara çatır. 

Son məlumatlara görə, iyul ayının sonuna Türkiyədə istehlakçılar, banklar və digər maliyyə şirkətlərinə istehlak kreditləri və kredit kartı borcları şəklində ümumilikdə 524 milyard lirəyə borcludurlar. 

"Borc, ehtiyac və digər kredit borcu olanların sayı 25 milyon 80 min nəfərə yüksəldi. Buna görə son 5 ildə icraya verilən vətəndaşların sayı 4 milyonu keçdi. Buna görə də və istehlak kreditləri istehlakçının gəlir səviyyəsinə görə ödənilə bilən hissələrə bölünməlidir, faizləri və digər borcları silinməli və yenidən hissə-hissə təmin edilməlidir»-deyə təklifdə bildirilir.

 

Digər xəbərlər